Naxçıvan Musiqi Kollecində konsert olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa Şəhər Uşaq Musiqi Məktəbinin şagirdlərinin Naxçıvan Muxtar Respublikasınn 95 illiyinə həsr olunmuş konserti olub.

Konsert başlamazdan əvvəl Culfa Şəhər Uşaq Musiqi Məktəbinin direktoru Elşad Rzayev musiqi məktəbi haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirin bədii hissəsində Culfa Şəhər Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib. Şagirdlər görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Qara Qarayev,  Fikrət Əmirov, Tofiq Quliyev, Emin Sabitoğlu və başqalarının fortepiano üçün yazdığı musiqi əsərləri ilə yanaşı xarici ölkə bəstəkarlarından Y. Vesnyak, P. Sennevil, G. Lanqe, M. Qlinka, E. Doqi, A. Vanqles və başqalarının fortepiano üçün yazdığı əsərlər səsləndiriblər.

Konsert 1 saatdan artıq davam edib.

Əli Rzayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: