NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon Mədəniyyət Sarayında Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyevanın Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş solo konserti olub. İstedadlı müğənnini konsertdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri müşayiət edib.
Kamera Orkestrinin ifasında böyük bəstəkarımız Fikrət Əmirovun “Min bir gecə” baletindən fraqmentlərlə başlayan konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyevanın ifasında bir birindən gözəl mahnılar səsləndirilib.
Gülyanaq Fərzəliyevanın solo konserti görkəmli bəstəkarımız Ramiz Mirişlinin “Naxçıvan təranələri” ilə başa çatıb.
Əli Rzayev