Naxçıvanda “Bahar festivalı” keçiriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, Novruz bayramı münasibətilə martın 20-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Bahar festivalı” təşkil olunacaq. Tədbir Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Festivalda xalq artistləri və tanınmış müğənnilərin iştirakı ilə konsert proqramları təqdim ediləcək, muxtar respublikanın musiqi və folklor kollektivləri çıxış edəcək.

Eyni zamanda, xalq sənət nümunələri, sənətkarların əl işləri, milli geyimlər və Novruz ənənələrini əks etdirən sərgilər təşkil olunacaq. Festival ərazisində 30-dan çox sərgi-satış stendi və 20 iaşə köşkü fəaliyyət göstərəcək, qonaqlara milli mətbəxin təamları təqdim ediləcək.

“Bahar festivalı” martın 20-dən başlayaraq bayram günləri boyunca davam edəcək

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: