Adət - ənənələrimizin simvolikası – Yallı

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “Müasir gənclik və mədəniyyətimiz” devizi ilə “Adət-ənənələrimizin simvolikası – yallı” mövzusunda dəyirmi masa keçirilib. Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, qədim türk mədəniyyətinin nadir incilərindən olan yallılar nəsillər arasında mənəvi körpüdür. Qürur hissi duyuruq ki, muxtar respublikamızda bu mənəvi körpü yüksək ehtiramla qorunub saxlanılır.

Vurğulanıb ki, tarixi minilliklərlə ölçülən qədim mədəni irsimiz, o cümlədən yallılarımız bu gün beynəlxalq səviyyədə də yetərincə tanıdılır. Ötən il “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi muxtar respublikamızda aparılan mədəniyyət siyasətinin bəhrəsi olmaqla, tükənməz milli sərvətimiz olan xalq yaradıcılığının təbliği ilə bağlı tarixə yazılan mühüm uğurdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun xalq yaradıcılığına diqqət və qayğısı bu uğurun əsas təminatçısıdır.

Sonra mütəxəssislərin iştirakı ilə mövzu ətrafında müzakirə aparılıb. Müzakirələrdə “Şərur”  Xalq Yallı Ansamblının yallılarımızın təbliği və tanıdılmasında rolundan və digər məsələlərdən danışılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: