C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Samsunda beynəlxalq festivalda çıxış edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, teatr kollektivi Samsun şəhərində keçirilən 8-ci Beynəlxalq Teatr Festivalı çərçivəsində Hüseyn Cavidin “Ana” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib.

Tamaşada obrazları Xalq artisti Yasəmən Ramazanova, həmçinin gənc aktyorlar Şölə Alışova, Məmməd Mehdiyev, İsmayıl Mirzəcanov, Əlizamin Abbasov, Ələsgər Quliyev, Saynur Babayev və Seyfəddin Məmmədli canlandırıblar.

Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, rəssamı isə Səyyad Bayramovdur. Səhnə əsərinin musiqi tərtibatı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsəri əsasında kamança ifaçısı Hüseyn Nağıyev tərəfindən üç fərqli versiyada hazırlanıb.

Festival çərçivəsində uğurla nümayiş olunan tamaşa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda kollektivə müxtəlif hədiyyələr təqdim olunub və xatirə fotosu çəkilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: