Ordubad Rayon Mədəniyyət Sarayında konsert

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ordubad Rayon Mədəniyyət Sarayında “Şəlalə” instrumental ansamblının Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş konserti olub.

Konsert ansamblın ifasında görkəmli bəstəkarımız Tofiq Quliyevin “İncilər” melodiyası ilə başlayıb. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Arzu Fərzəliyev və Qəmər Babayeva “Güldür məni”, “Toy olsun, bayram olsun”, “Yaşayıram el üçün”, “Yaşa mənim xalqım”, “Səni gördüm”, “Olmaz-olmaz”, “Axtararsınız” və başqa şən və lirik mahnılar ifa ediblər.

Konsertdə ansamblın solistləri Ədalət Hüseynov, Səyavuş Nəcəfov, Bəhruz Quliyev, Emin Sabitoğlu, Ələkbər Tağıyev, Ramiz Mirişli, Hacı Xanməmmədov, Oqtay Rəcəbov, Vasif Adıgözəlov, İbrahim Topçubaşov və başqalarının populyar mahnılarını ifa ediblər. Həmçinin ansamblın ifasında instrumental musiqilər, təsnif və kino filmlərdən mahnılar da səslənib.

Tədbir bir saatdan artıq davam edib.

Əli Rzayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: