“Xanəgah” Memarlıq Kompleksi tələbələrdə maraq yaradıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində keçirilən “Nəsimi həftəsi” ilə bağlı ali təhsil müəssisəsinin bir qrup tələbəsi “Xanəgah” Memarlıq Kompleksini və “Əlincəqala” Tarix Mədəniyyət Muzeyini ziyarət ediblər.

Qeyd olunub ki, abidənin giriş baştağında Möminə xatın türbəsinin elementlərindən istifadə olunub. Hürufilik təliminin banilərindən olan Fəzlullah Nəimi 1394-cü ildə Əlincədə qətlə yetirildikdən sonra onun nəşi burada dəfn olunub.

Sonra gənclər “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində olublar. Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan  nümunələr maraq doğurub.

Sadiq Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: