Azərbaycanda turizm rezervasiya platformaları vahid portalda birləşdiriləcək

A- A A+

Azərbaycanda fəaliyyət göstərən və turizm xidmətləri təklif edən onlayn rezervasiya platformalarının Dövlət Turizm Agentliyinin nəzdindəki azerbaijan.travel portalına inteqrasiyası nəzərdə tutulur.

NUHÇIXAN-ın əldə etdiyi məlumata görə, inteqrasiya prosesi çərçivəsində onlayn platformaların qoşulması planlaşdırılır.

Layihəni Dövlət Turizm Agentliyinin il ərzində həyata keçirməsi nəzərdə tutulur.

Gözlənilir ki, bu addım turizm xidmətlərinə çıxış imkanlarını genişləndirəcək, istifadəçilər üçün vahid platforma üzərindən rezervasiya imkanlarını artıracaq və ölkənin turizm potensialının daha effektiv təqdimatına şərait yaradacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: