Azərbaycandan xaricə gedən vətəndaşların sayı cüzi artıb

A- A A+

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 163 ölkədən 337,3 min əcnəbi vətəndaş səfər edib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % azdır.

NUHÇIXAN bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, gələnlərin 23,2 %-i Rusiya, 21,1 %-i Türkiyə, 9 %-i İran, 5 %-i Gürcüstan, 4,6 %-i Hindistan, 3,7 %-i Pakistan, 3,6 %-i Qazaxıstan, 3,2 %-i Səudiyyə Ərəbistanı, 2,9 %-i Özbəkistan, 2,6 %-i İsrail, 2 %-i Çin, hər birindən 1,4 % olmaqla Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna, hər birindən 1,3 % olmaqla Böyük Britaniya və Türkmənistan, 12,3 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 72 %-ini kişilər, 28 %-ini qadınlar təşkil edib.

Hesabat dövründə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 26,4 % artaraq 13,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,4 % artaraq 111,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10,9 % azalaraq 55,3 min nəfər, digər ölkələrdən gələnlərin sayı 0,7 % azalaraq 157 min nəfər təşkil edib.

Azərbaycana gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,2 %-i hava, 28,4 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0,8 % artaraq 298,7 min nəfər olub.

Vətəndaşların 37,4 %-i Türkiyəyə (+2,1 %), 15,2 %-i Rusiyaya (-2,8 %), 12,5 %-i İrana (+17,7 %), 9,9 %-i Gürcüstana (-12,2 %), 25 %-i isə digər ölkələrə (-0,1 %) gedib. Gedənlərin 66,7 %-ini kişilər, 33,3 %-ini qadınlar təşkil edib.

Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 68 %-i hava, 30,4 %-i dəmir yolu və avtomobil, 1,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: