Mikael Silkeberq: Yeni film Skandinaviya ilə Azərbaycan arasında mədəni körpü rolunu oynayacaq

A- A A+

Naxçıvanda çəkilən yeni sənədli film Skandinaviya ilə Azərbaycan arasında mədəni körpü rolunu oynayacaq.

NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvanda səfərdə olan isveçli rejissor Mikael Silkeberq yeni sənədli film layihəsi barədə jurnalistlərə açıqlamasında deyib.

O, Naxçıvana üçüncü dəfə səfər etdiyini vurğulayaraq hər gəlişinin bu torpaqların zəngin tarixi və mədəni irsini daha dərindən öyrənmək imkanı yaratdığını vurğulayıb.

Rejissor xatırladıb ki, onun Naxçıvanla tanışlığı "Nuhun ayaq izləri" adlı sənədli filmi ilə başlayıb. 40 dəqiqəlik filmdə Naxçıvan insan sivilizasiyasının qədim beşiklərindən biri kimi təqdim edilib.

Üzərində çalışdığı yeni "Yaddaşda yaşayan Vətən" layihəsi haqqında danışan M.Silkeberq filmin Cənubi Qafqazda məcburi köçkünlük həyatı yaşamış azərbaycanlıların mədəni irsinə həsr olunduğunu qeyd edib.

Onun sözlərinə görə, Naxçıvan bu film üçün mühüm çəkiliş məkanlarından biridir. Burada yallı rəqsi, ənənəvi mətbəx nümunələri, Aşıq Ələsgərin irsi və Mirzə Qədim İrəvaninin yaradıcılığı kimi qeyri-maddi mədəni irs elementləri lentə alınır.

Rejissor həmçinin qeyd edib ki, bu film Skandinaviya ilə Azərbaycan arasında mədəni körpü rolunu oynamaqla yanaşı, beynəlxalq auditoriyanın ölkəni daha yaxından tanımasına xidmət edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: