“Şahbuzum” adlı solo konsert olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon Mədəniyyət Sarayında istedadlımüğənniVəli Səfərovun “Şahbuzum” adlısolo konserti olub.Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş konsert Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub. MüğənniniNaxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı müşaiyət edib.
Konsertdən əvvəl son illər Şahbuz aparılan quruculuq işlərinin mədəniyyət müəssisələrini də əhatə etdiyi vurğulanıb. Bunun nümunələrindən birinin məhz bu gözəl Mədəniyyət Sarayı olduğu bildirilib.
Qeyd edilib ki, bu il muxtar respublikanın 95 illik yubileyinin geniş qeyd edilməsi ilə bağlı müxtəlif silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bugünkü konsert də bu məqsədlə təşkil edilib.
Sonra Vəli Səfərov öz konsertinə “Şahbuzumun” mahnısı ilə başlayıb.
Müğənninin bir-birinin ardınca ifa etdiyi Tofiq Əhmədovun “Güldür məni”, Ələkbər Tağıyevin “Eşqimi sönməyə qoymaram”, “Tək sən səslə məni” Oqtay Kazıminin “Üzü dönsün bu dünyadan”, Zeynab Xanlarovanın “Unuda bilmirəm”, Bəhram Mansurovun “Ötən gənclik”, Razim Paşayevin “Peşmanı kim olacaq”, Elçin Cəlilovun “Yaşayıram el üçün” mahnıları alqışlarla qarşılanıb.
Konsertdə Vəli Səfərovun ifasında Azərbaycanı və Naxçvanı tərənnüm edən “Azərbaycanım”, “Naxçıvanım”, “İl nə gözəldir” və başqa mahnılar da səslənib.
Əli Rzayev