Türkiyənin Diyərbakır bölgəsinin Ergani rayonunda 1100 illik tarixi olan ivrit dilində dini kitab tapılıb.
NUHÇIXAN xəbər verir ki, qızıl hərflərlə yazılmış kitab 21 səhifədən ibarətdir.
Kitabı ələ keçirmək istəyən altı şübhəli şəxs aparılan operativ əməliyyatı zamanı saxlanılıb. Tarixi əsər mühafizə altına alınmaq məqsədilə aidiyyəti qurumlara təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.