Nəsimi irsi geniş şəkildə təbliğ olunur - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində keçirilən “Nəsimi həftəsi” ilə bağlı ali təhsil müəssisəsində  “İmaməddin Nəsimi-650” mövzusunda elmi konfrans keçirilib.

Konfransı  giriş sözü ilə açan ali təhsil ocağının rektoru İsmayıl Əliyev 2019-cu ilin “Nəsimi ili” elan olunması və bununla bağlı muxtar respublikada həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Rektor vurğulayıb ki, universitetdə “Nəsimi həftəsi”nin keçirilməsində məqsəd bu tədbirlərdə fəal iştirak etməkdir. Həmçinin, ölməz sənətkarın həyatı və yaradıcılığı, fəlsəfi fikirləri, ideallarını hərtərəfli  şəkildə tələbələrə tanıtmaqdır.  Universitetin müəllimləri Arifə Zeynalova və   Aypara Behbudovanın  Nəsimi yaradıcılığı ilə bağlı çıxışları dinlənilib.  Tələbələr dahi şairin qəzəllərini ifa ediblər.

“Nəsimi həftəsi” çərçivəsində  keçirilən  tədbirlərdə fəal iştirak edən və “Nə? Harada? Nə zaman?” intellektual oyununda qalib gələn tələbələr sonda mükafatlandırılıblar.

                                                                  Seyfur Hacımuradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: