Şekspirin “Romeo və Cülyetta” əsərini yazdığı zaman Londondakı evi müəyyən edilib

A- A A+

Tarixçi Ceffri Marş böyük ingilis dramaturqu Uilyam Şekspirin “Romeo və Cülyetta” əsərini yazdığı zaman Londonda yaşadığı evi müəyyən edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə BBC telekanalı xəbər verib.

Əvvəl hesab olunurdu ki, dahi ingilis dramaturqu şəhərin tarixi mərkəzi sayılan “Liverpul” küçəsindəki dəmiryol vağzalının yaxınlığında qalırdı, amma tarixçi hesab edir ki, əsərin yazıldığı dövrdə Şekspir Müqəddəs Yelena kilsəsi yaxınlığında yerləşən “Qreyt Sent-Xelens” döngəsindəki 35 nömrəli evdə yaşayıb.

“Yazıçı Londona köçərkən şəhərin ən bahalı yerində, səlahiyyətli dövlət xadimlərinin, əcnəbi tacirlərin, musiqiyə dəyər verən insanların əhatəsində yaşayıb”, - deyə T.Marş əlavə edib.

Tarixçi qeyd edib ki, belə bir yerdə məskunlaşmaq yaradıcılığında yüksəliş dövrü keçirən Şekspirin ictimai statusunu da artırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: