Culfada tarixi abidələr ətrafında ekoloji aksiya keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Culfa rayonu ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin ətrafında ətraf mühitin qorunmasına yönəlmiş aksiya keçirilib.

Culfa Regional Mədəniyyət İdarəsinin əməkdaşlarının təşkil etdiyi aksiyanın əsas məqsədi tarixi-mədəni irsin qorunması ilə yanaşı, abidələrin yerləşdiyi ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıq zolaqlarının genişləndirilməsi və ümumi abadlıq işlərinə töhfə vermək olub.

Bununla yanaşı, təşəbbüs ictimaiyyətin diqqətini mədəni irsin mühafizəsinə və ətraf mühitə həssas yanaşmanın vacibliyinə yönəltmək məqsədi daşıyır.

Qeyd edək ki, bu kimi aksiyalar tarixi abidələrin qorunması ilə yanaşı, onların yerləşdiyi ərazilərin cəlbediciliyinin artırılmasına, turizm potensialının inkişafına və gələcək nəsillərə daha sağlam, yaşıl mühitin ötürülməsinə xidmət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: