Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru vəfat edib

A- A A+

Azərbaycan teatr ictimaiyyəti növbəti ağır itki ilə üzləşib. Azərbaycan Respublikasının əməkdar artisti Əli Şəmsəddin oğlu Əliyev vəfat edib.

NUHÇIXAN xəbər verir ki, 1956-cı ildə anadan olan sənətkar uzun illər sənətə xidmət göstərib. O, 1983-cü ildən etibarən Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərərək milli səhnə sənətinin inkişafına öz töhfəsini verib.

Əli Əliyev teatr səhnəsində yaratdığı dolğun və yaddaqalan obrazlarla tamaşaçıların rəğbətini qazanıb. Sənətkar “Anamın kitabı”, “Dəli İbrahim”, “Məşədi İbad” kimi tamaşalarda uğurlu çıxışları ilə yadda qalıb və Azərbaycan teatr tarixində özünəməxsus iz buraxıb.

Onun zəngin yaradıcılığı, səhnə mədəniyyəti və sənətə bağlılığı həmkarları və tamaşaçılar tərəfindən daim hörmətlə xatırlanacaq.

Allah rəhmət eləsin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: