NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində, Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonu – “Qalereya-1969”da “MyNakhchivan” adlı sərgi keçiriləcək. Sərgidəki fotoların müəllifi tanınmış fotoqraf Hüseyn Bağırovdur. O, bir ay ərzində Naxçıvanı gəzərək onun maraqlı yerlərini lentin yaddaşına köçürüb. Mayın 22 dən 24 nə qədər davam edəcək foto sərgidə məhz həmin fotolar nümayiş olunacaq. Naxçıvana fotoların köməyi ilə səyahət edəcək sərgi iştirkçılarına həmçinin, Naxçıvanın dörd fəslini özündə xarakterizə edən videoçarx da təqdim ediləcək.