Əfsanəvi ulduz Ceki Çanın baş rolda oynadığı filmin 4-cü hissəsi Qazaxıstan və Azərbaycanda çəkiləcək
Əfsanəvi ulduz Ceki Çanın baş rolda oynadığı “Tanrının zirehi” (“Armour of God”) filminin 4-cü hissəsi Qazaxıstan və Azərbaycanda çəkiləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Variety” jurnalı Kann Festivalına həsr olunmuş özəl buraxılışında xəbər yayıb.
Çəkilişlərin iyul ayında başlayacağı gözlənilir. Rejissor Robert Kunun lentə alacağı film “Salem Entertainment” şirkəti tərəfindən istehsal olunur.
Çəkilişlər Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə həyata keçiriləcək.
“Tanrının zirehi” adlanan filmdə Ceki Çanın canlandırdığı “Asiya qartalı” ləqəbli personajın macəralarının davamını görəcəyik. Bu dəfə o, dəyəri 20 milyon dollardan çox olan “Tumar” adlı qədim artefaktı ələ keçirmək üçün başlanmış qlobal kampaniyanın iştirakçısı olacaq.
