Haluk Levent: Azərbaycan xalqına çətin vaxtlarımızda bizə göstərdikləri dəstəyə görə təşəkkür edirik

A- A A+

Kahramanmaraş zəlzələsi zamanı azərbaycanlı qardaşlarımızdan çox kömək aldıq. Azərbaycan xalqına çətin vaxtlarımızda bizə göstərdikləri dəstəyə görə təşəkkür edirik. Qardaş ölkə olduğumuzu hiss etdirdilər.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Türkiyənin məşhur müğənnisi Haluk Levent Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, zəlzələdən zərər çəkmiş şəhərlərdə bərpa işləri davam edir.

“Hazırda işlər davam edir. Dövlətin bütün qurumları orada çalışır. Hər kəs həmin şəhərləri yenidən dirçəltmək üçün səy göstərir. İnanıram ki, ən yaxın zamanda əvvəlki günlərə qayıdacağıq”,- deyə o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: