Haluk Levent: Sağlam infrastruktur olmadan binalar tikilməməlidir

A- A A+

Sağlam infrastruktur olmadan binalar tikilməməlidir, bu çox vacib məqamdır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Türkiyənin məşhur müğənnisi Haluk Levent Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) jurnalistlərə açıqlaması zamanı deyib.

O qeyd edib ki, qanun və normativlərə uyğun tikililər şəhərlərin gözəlliyi, təhlükəsizliyi üçün çox vacibdir.

“Şəhərlər insanlara xoşbəxtlik və rahatlıq verməlidir, əgər belə deyilsə o şəhər ruhsuz və ölüdür. İnsanların nəfəs ala bildiyi, ətraf mühitin qorunduğu şəhərlər qurulmalıdır”,- deyə Haluk Levent diqqətə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: