NUHÇIXAN xəbər verir ki, Şərur şəhər “Bahar” kinoteatrnda Naxçıvan Dövlət Filarmoniyasının “Muğam Studiyası”nın Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş konserti olub.
Muğam konsertində gənc xanəndələrin ifasında “Şur”, “Rast” təsnifləri səslənib.
Azərbaycan Respublikasının Əməkdar artisti Qurban Qasımovun ifa etdiyi “Dilkeş”, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfiqar Mahmudovun isə ifasında səslənən “Bayatı qacar” təsnifləri və xalq mahnılar alqışlarla qarşılanıb.
Konsertdə Nəsimi, Füzuli, Əliağa Vahid və başqa şairlərimizin qəzəllərindən muğam və təsniflər səslənib.
Maraqla qarşılanan konsertdə xalq mahnıları və rənglər də səslənib.
Əli Rzayev