Azərbaycanda uzun illərdir İçərişəhərin mühafizəsi və qorunması istiqamətində ardıcıl işlər aparılır. Burada tarixi atmosferin saxlanılması əsas prioritetlərdən biridir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Mədəni irsin və inklüziv şəhər reqenerasiyasının yenidən düşünülməsi” mövzusunda keçirilən panel sessiya zamanı deyib.
O bildirib ki, hər yeni dövr özlüyündə tarixi bir mərhələni əks etdirir və bu baxımdan müəyyən məkanların qorunması xüsusi əhəmiyyət daşıyır. Hər bir detal və nüans diqqətlə və ehtiyatla dəyərləndirilməlidir.
