Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Rəssamlar Birliyinin sədri seçilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin VI Konfransı keçirilib.
Konfransda Birliyin son beş illik fəaliyyəti geniş müzakirə olunub, görülən işlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
Konfransda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Ülviyyə Həmzəyeva hesabat məruzəsi ilə çıxış edib.
Açıq səsvermə yolu ilə keçirilən seçkidə iştirakçılar Ülviyyə Həmzəyevanın namizədliyini dəstəkləyərək onu yenidən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri seçiblər.
Yenidən sədr seçilən Ülviyyə Həmzəyeva göstərilən etimada görə təşəkkürünü bildirib, Naxçıvan rəssamlıq məktəbinin inkişafı, gənc rəssamların dəstəklənməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.