Sərxan Bünyadzadə Şahbuzda solo konsert verib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon Mədəniyyət Sarayında IV Televiziya Muğam Müsabiqəsinin qalibi Sərxan Bünyadzadənin Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş solo konserti olub. İstedadlı müğənnini konsertdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı müşayiət edib. Ansamblın ifasında görkəmli bəstəkarımız Ramiz Mirişlinin, Elza İbrahimovanın və digər bəstəkarlarımızın əsərlərinə müraciət olunub. Konsertdə IV Televiziya Muğam Müsabiqəsinin qalibi Sərxan Bünyadzadənin ifasında bir- birindən gözəl mahnılar səsləndirilib.

Müğənni alqışlarla qarşılanan solo konsertinə görkəmli bəstəkarımız Elza İbrahimovanın “Ey Vətən” mahnısı ilə yekun vurub.

Nail Həsənov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: