Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Van şəhərində konsert proqramı ilə çıxış edib - FOTOLAR
NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəqs qrupu və solistləri Türkiyə Respublikasının Van şəhərində fəaliyyətə başlayacaq Azərbaycan Dərnəyinin açılış mərasimində geniş konsert proqramı ilə çıxış ediblər.
Konsert Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəqs qrupunun baletmeysteri, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Tamerlan Bağırovun rəhbərliyi ilə təqdim olunub.
Belə ki, solistlərdən Bəhruz Quliyev , Əfsanə Babayeva və rəqs qrupunun ifasında “Salam gətirmişəm”, “İncəlik”, “Azərbaycan”, “Naz eləmə”, Sarı gəlin, “Ey Vətən” və digər musiqi və rəqs nömrələri təqdim olunub.
Təqdim olunan nömrələr tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.