İbrahim Səfinin yaradıcılığına həsr edilmiş elmi-praktik konfrans keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, aprelin 30-da Azərbaycanda Atatürk Mərkəzində görkəmli fırça ustası İbrahim Səfiyevin yaradıcılığına həsr edilmiş elmi-praktik konfrans keçirilib. Konfrans Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi, Oxu Akademiyası və Azərbaycanda Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Əvvəlcə qonaqlar unudulmaz rəssamın əsərlərindən ibarət sərgiyə baxıblar.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. O deyib ki,Azərbaycan əsilli rəssam İbrahim SəfiyevTürk dünyasının unudulmaz rəssamlarından biridir.Yaradıcılığının böyük hissəsi Türkiyə ilə bağlı olan rəssam yüzüncü sərgisini təşkil etdikdən sonra vəfat edib. Rəssam sovetlər dönəmində bir o qədər tanınmasa da, Türkiyədə ən böyük sənətkarlardan biri olub. İbrahim Səfiyevin yüzlərlə əsəri var ki, onlar dünyada məşhurdur. “O, ilk dəfə olaraq Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün şəklini özünə baxaraq portretləşdirib. Atatürkün dünyanın tanınmış rəssamları tərəfindən çəkilmiş çoxlu şəkilləri var, ancaq İbrahim Səfiyevin çəkdiyi şəkil bizim üçün doğmadır”, – deyə Nizami Cəfərov söyləyib.

Akademik görkəmli rəssama həsr edilmiş tədbirin zəruriliyini qeyd edərək, ictimaiyyətin rəssamı daha da yaxından tanımasına ehtiyacı olduğunu diqqətə çatdırıb.

Azərbaycan Milli ElmlərAkademiyasının vitseprezidenti, akademik İsa Həbibbəyli rəssamın sənətin müxtəlif janrlarında yüksək nümunələr yaradaraq türk xalqlarının ortaq dəyərinə çevirməsindən danışıb. Vurğulayıb ki,İbrahim Səfiyev yaradıcılığına həsr edilmiş konfransın keçirilməsi AzərbaycanTürkiyə mədəni əlaqələrinin əlamətdar hadisəsidir. Görkəmli rəssamın yaradıcılığının Azərbaycan ictimaiyyətinə təqdim edilməsi təqdirəlayiq addımdır.

Rəssam haqqında məlumat verən İsa Həbibbəyli qeyd edib ki, İbrahim Səfiyev 1898-ci ildə Şərur rayonunun Cəlilkənd kəndində anadan olub. O, Naxçıvandakı məşhur bəy sülaləsindəndir. Belə ki, Səfibəyovlar nəsli Naxçıvan kəngərlilərinin bir qoludur.

“Türkiyədə şöhrət qazanmış İbrahim Səfiyev ilə kəngərlilər nəslindən olan, Azərbaycan realist rəssamlıq məktəbinin əsasını qoymuş Bəhruz Kəngərli arasında genetik bağlılıq vardır. Görkəmli rəssamın bəzi əsərlərində Bəhruz Kəngərli yaradıcılığına bənzəyən yanaşmalar hiss edilir. İbrahim Səfiyev Qərb rəssamlıq məktəbində impressionistlərin türk əsilli ən görkəmli nümayəndələrindəndir. Bununla o, Türkiyədə incəsənətə böyük şöhrət qazandırıb. Onun mənsub olduğu ailənin özündə bir maarifçilik ənənəsi var idi. Biz bu tədbiri keçirməklə həm rəssamı xalqa tanıtmaq missiyasını yerinə yetiririk, həm də Türkiyə-Azərbaycan əlaqələrinə yeni bir səhifə əlavə etmiş oluruq”, – deyən İsa Həbibbəyli vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 17 oktyabr tarixli Sərəncamı ilə İbrahim Səfiyev yaradıcılığının tədqiq edilib öyrənilməsinin də əsası qoyulub.

Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, İbrahim Səfiyev irsinin tədqiqatçısı Ülviyyə Həmzəyevanın “Görkəmli rəssam İbrahim Səfiyevin həyat və yaradıcılığı” adlı məruzəsi dinlənilib. Məruzədə Naxçıvan Muxtar Respublikasında görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzalanmış Sərəncamın icrası istiqamətində görülən işlərdən, rəssamın əsərlərindən ibarət sərginin keçirilməsindən, onun həyat və yaradıcılığının daha geniş tədqiq olunmasına və öyrənilməsinə başlanılmasından, əsərlərindən ibarət albom-kataloqun nəşrə hazırlanmasından danışılıb.

Sonra Ülviyyə Həmzəyeva tanınmış rəssamın çəkdiyi Türk dünyasının görkəmli ictimai-siyasi xadimi Mustafa Kamal Atatürkün portretini Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərova təqdim edib.

Xalq yazıçısı Elmira Axundova, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadə, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev,Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və digərləri çıxış edərək rəssamın irsindən, onun sənət üçün gördüyü işlərdən və yaradıcılığının daha da dərindən öyrənilməsinin vacibliyindən bəhs ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: