Ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Ukraynada silsilə tədbirlər keçiriləcək

A- A A+

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Ukraynada keçiriləcək tədbirlər planı təsdiqlənib.

Azərbaycanın Ukraynadakı səfirliyindən NUHÇIXAN-a bildiriblər ki, ölkənin iri şəhərlərində Ulu Öndərin fəaliyyəti ilə bağlı müxtəlif mövzularda beynəlxalq konfranslar keçiriləcək.

Bundan başqa mayın 11-də Azərbaycanın Ukraynadakı səfirliyinin, Kiyev Şəhər Dövlət Administrasiyasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyev adına istirahət parkında beynəlxalq etno-caz festivalı keçiriləcək. Azərbaycan və Ukraynanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, Kiyev Şəhər Dövlət Administrasiyası rəsmilərinin, xarici diplomatik korpus rəhbərlərinin iştirak edəcəyi tədbirdə xalqımızın qədim və zəngin musiqi mədəniyyəti, milli mətbəxi təbliğ olunacaq.

Caz festivalında digər ölkələrin mədəniyyət və incəsənət xadimlərinin də iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, bu, artıq Kiyevdə ümummilli lider Heydər Əliyevin anadan olması ilə bağlı sayca üçüncü etno-caz festivalı olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: