Gəncədə Əcəmi Naxçıvani haqqında filmin çəkilişləri davam edir - FOTOLAR
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə “Şahdağ Film” MMC tərəfindən ərsəyə gətirilən “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkilişləri Gəncə şəhərində davam edir.
NUHÇIXAN-ın məlumatına görə, çəkilişlər Gəncədə “Nizaminin evi” kimi tanınan kinopavilyonda aparılır. Yaradıcı heyət tərəfindən məkanda filmin müxtəlif kadrları lentə alınır.
Qeyd edək ki, ekran əsərinin Gəncədəki çəkiliş mərhələsi iyulun 26–da başlayıb və 30-dək davam edəcək.