Naxçıvan Musiqi Kollecinin tələbəsi Riqa və Stokholmda keçirilən beynəlxalq müsabiqədə 1-ci yerə layiq görülüb - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Musiqi Kollecinin tələbəsi, nağara ifaçısı  Nəcəf Hacılı mayın 2-dən 5-dək  Latviyanın paytaxtı Riqa və İsveçin paytaxtı  Stokholmda keçirilən 1-ci Beynəlxalq İncəsənət festival-müsabiqəsində iştirak edib və  festival-müsabiqəsində 1-ci yerə  layiq görülüb. Həmyerlimiz festivalın Stokholmda keçirilən möhtəşəm Qala konsertində də uğurla çıxış edib.  

Qeyd edək ki , nağara ifaçısı Nəcəf Hacılı (17-19 yaş qrupu)  2019-cu ilin mart ayında Bakı şəhərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən  "Testene Art Baku” III Beynəlxalq İncəsənət festival- müsabiqəsinin “Qran Pri" mükafatçısı olub və  “Testene Art” Beynəlxalq Mədəniyyət Assosiasiyasının dəvəti ilə 1-ci Beynəlxalq İncəsənət festival müsabiqəsində iştirak edib. 


 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: