Xalq şairi Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn ediləcək.
Bu barədə NUHÇIXAN-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Mərhum şairlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə bu gün səhər saatlarında vəfat edib.
