"Euronews" Azərbaycanın milli mətbəxindən bəhs edən reportaj hazırlayıb - VİDEO

A- A A+

Tanınmış "Euronews" telekanalı Azərbaycanın zəngin milli mətbəxinə, xüsusilə ölkənin ən məşhur ənənəvi xörəkləri olan düşbərə və gürzəyə həsr olunmuş reportaj yayımlayıb.

NUHÇIXAN xəbər verir ki, materialda bu yeməklərin Azərbaycan mətbəxində xüsusi yer tutduğu vurğulanır.

Qeyd edilir ki, Miniatür ölçüləri ilə seçilən düşbərə ət içliyi ilə hazırlanır və ənənəvi qaydada ətirli bulyonla süfrəyə verilir. Gürzə isə daha iri həcmi və ilanı xatırladan xarakterik hörmə bükümü ilə fərqlənir.

Müəllif qeyd edir ki, bu nemətlərin tərkibi sadə olsa da, hazırlanması böyük ustalıq və səbir tələb edir. Düşbərə və gürzənin bükülmə sirləri nəsildən-nəslə ötürülərək bu günədək qorunub saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: