Strasburqda “Azərbaycan-tolerantlıq diyarı” adlı sərgi keçirilib - FOTOLAR

A- A A+

Strasburqda Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi nümayəndəliyi tərəfindən “Azərbaycan-tolerantlıq diyarı” adlı sərgi təşkil olunub.

NUHÇIXAN xəbər verir ki, iki gün davam edən sərgi Avropa Şurasının (AŞ) 70 illik yubileyi münasibətilə təşkilatın mənzil-qərargahının yaxınlığında yerləşən məşhur “Oranjeri” parkında (“Parc de l”Orangerie”) baş tutub.

Sərgidə ölkəmizin tolerantlıq və multikultural mühitini özündə ehtiva edən və əsrlər boyu Azərbaycan torpağında dinc yaşayan müxtəlif dini icmaların həyatını əks etdirən fotoşəkillər nümayiş etdirilib və eyni adlı qısametrajlı film təqdim olunub, eləcə də onun turizm potensialını təbliğ edən videoçarxlar göstərilib.

Tədbirdə ziyarətçilərə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin zəngin tarixinə, mədəniyyətinə, ədəbiyyatına dair fransız və ingilis dillərində nəfis şəkildə tərtib edilmiş kitablar, o cümlədən onun görməli və tarixi yerlərinə bələdçilik edən broşürlər, açıqca və bukletlər təqdim olunub və ölkəmizə xüsusi maraq göstərmiş insanlara həmin materiallardan hədiyyə olunub. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: