“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının yeni nömrəsində... - FOTOLAR

A- A A+

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının yeni nömrəsi işıq üzü görüb.

NUHÇIXAN xəbər verir ki, sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr yer alıb.

Jurnalın bu nömrəsində tarix elmləri doktoru Camal Mustafayevin “XIX-XX əsrin əvvəllərində Quba bölgəsində xalça məmulatı istehsalı” (AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu), tarix elmləri doktoru, professor Vidadi Muradovun “Nabur və naburlular” (AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu), akademik İsmayıl Hacıyevin “Naxçıvanın ilkin şəhər mədəniyyəti və Duzdağ” (AMEA Naxçıvan Bölməsi), AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvanda xalçaçılıq: tarix və müasirlik” (AMEA Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu), sənətşünaslıq doktoru, professor Telman İbrahimovun “Qarabağın “Qasımuşağı” xalçası” (Azərbaycan Dövlət Rəssamlıq Akademiyası), filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevin “Səfəvilər dövründə dini-fəlsəfi mədəniyyətin inkişaf tarixində Azərbaycan alimlərinin rolu” (AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu), Aygün Quliyevanın “Maştağada keçəçilik sənətinə dair” (AMEA Milli Azərbaycan Tarixi Muzeyi), tarix üzrə fəlsəfə doktoru, dosent Bilal Dədəyevin “Təbrizdən Osmanlı dövlətinə sürgün edilən azərbaycanlı nəqqaşlar” (Bakı Mühəndislik Universiteti), filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyevanın “Milli gəlinlik libası” (Bakı Dövlət Universiteti), sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımovun “Naxçıvanın şəhərsalma ənənələri”, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovun “Uşaq folklorunda oyunların tədqiqi və təbliğinə yeni baxış” (AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu), tarix üzrə fəlsəfə doktorları Şamil Nəcəfov, Anar Ağalarzadə, Vaqif Əsədov və Fərhad Fərmanovun “Azərbaycan ərazisindən tapılmış yeni abidələr və maddi-mədəniyyət nümunələri” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu), fəlsəfə doktoru Xanna Rudıkın “Kiyevin Xanenko muzeyinin kolleksiyasında Azərbaycan xalçaları” (Ukrayna) və s. kimi məqalələr yer alıb.

Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, tarix elmləri doktoru, professor Vidadi Muradovdur.

Oxucular jurnalın elektron variantı ilə http://azerilme.az/Azerbaycan-xalcalari/2018N28-29/ ünvanında tanış ola bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: