Naxçıvanda mədəni irsin qorunması və mədəniyyət müəssisələrinin inkişafı istiqamətində yeni layihələr həyata keçiriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən tarixi-mədəni irsin qorunması, abidələrin mühafizəsinin gücləndirilməsi və mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yenilənməsi istiqamətində yeni tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Planlaşdırılan tədbirlər çərçivəsində tarixi-mədəni abidələrin daha geniş şəkildə tanıdılması və onlar barədə məlumatların ictimaiyyətə çatdırılması məqsədilə abidələrin ərazilərində məlumat lövhələrinin quraşdırılması həyata keçiriləcək.

Bununla yanaşı, mədəniyyət müəssisələrində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Babək, Culfa və Ordubad rayonlarında fəaliyyət göstərən mədəniyyət saraylarında əsaslı təmir işləri aparılacaq.

Hazırda layihələrin icrası ilə bağlı hazırlıq işləri davam etdirilir. Bu məqsədlə layihə-smeta sənədlərinin hazırlanması üçün Nazirlik tərəfindən müvafiq şirkətlərlə müqavilələr bağlanılıb.

Təmir işlərinin başa çatdırılmasından sonra adıçəkilən mədəniyyət müəssisələrinin daha müasir və əlverişli şəraitdə fəaliyyət göstərməsi, əhaliyə göstərilən mədəni xidmətlərin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi mümkün olacaq.

Digər mühüm istiqamət isə tarixi-mədəni irs nümunələrinin mühafizəsinin gücləndirilməsidir. Bu məqsədlə abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi nəzərdə tutulur. Mühafizə zonalarının müəyyən edilməsi abidələrin qorunması, onların ətraf ərazilərində müvafiq mühafizə tədbirlərinin həyata keçirilməsi və tarixi-mədəni irsin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Həyata keçiriləcək tədbirlərin Naxçıvanın zəngin tarixi-mədəni irsinin qorunmasına, mədəniyyət müəssisələrinin müasir tələblərə uyğunlaşdırılmasına və rayonlarda mədəni fəaliyyətin daha da genişləndirilməsinə mühüm töhfə verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: