Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulunun yaradılması və inkişaf etdirilməsi planlaşdırılır.
NUHÇIXAN xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bundan başqa, Proqramda 8 mədəni turizm məhsulunun istifadəyə verilməsi, dövrün sonuna 4 yerli, 1 beynəlxalq təbliğat tədbirinin (festival və s.) keçirilməsi, dövlət qoruqlarında abidələrin bərpası və infrastruktur işlərinin görülməsi yer alıb.
