Ucqar dağ kəndində konsert təşkil olunub - FOTOLAR

A- A A+

Naxçıvan Musiqi Kollecinin kollektivi  Culfa rayonunun Boyəhməd kəndində  konsert proqramı ilə çıxış  edib.

NUHÇIXAN xəbər verir ki, kollecinin “Muğam üçlüyü” və “Sazçalanlar” ansamblının ifasında səsləndirilən “Şur”, “Segah”, “Dilkeş” təsnifləri, “Daşlı qala”, “Nar ağacı” və “Kəndimiz” mahnılarını  kənd sakinləri alqışlarla qarşılayıb.

Naxçıvan Musiqi Kollecinin şöbə müdiri Fətəli Axundzadə qeyd edib ki, bu tədbirlər əhalinin asudə vaxtının səmərəli təşkili və musiqi alətlərimizin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Muxtar respublikanın sərhəd və ucqar dağ kəndlərində təşkil edilən konsert proqramı Naxçıvan şəhərinin 2018-ci il üçün “Gənclər Paytaxtı” və “İslam Mədəniyyətinin Paytaxtı” elan olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Tədbirlər Planına əsasən həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: