Türkiyədə sahəsi 100 kvadratmetrdən çox olan qədim mozaika aşkarlanıb - FOTOLAR

A- A A+

Türkiyənin Kastamonu vilayətində eramızın IV əsrinə aid qədim mozaika aşkar edilib. Taşköprü rayonunda tapılan mozaikanın ümumi sahəsi təxminən 105 kvadratmetrdir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.

Nazirin sözlərinə görə, arxeoloqlar qrupu mozaikanı antik Pompeyopolis şəhərinin ərazisində aparılan qazıntılar zamanı aşkar edib.

“Bir neçə kompozisiyadan ibarət döşəmə mozaika yaxşı vəziyyətdə qorunub saxlanılıb. Bundan əlavə, həmin ərazidə Roma dövrünə aid daha bir artefakt - ehtimal ki, eramızın II əsrinin ikinci yarısına aid olan Eros tanrısının başı da tapılıb”, - deyə nazir bildirib.

M.N.Ersoy qeyd edib ki, arxeoloqlar irs obyektlərinin maksimum dərəcədə qorunmasına çalışırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: