Naxçıvanda muzeylərə 398 yeni eksponat və maddi-mədəniyyət nümunəsi təqdim olunub

A- A A+

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərin yeni eksponatlarla zənginləşdirilməsi və muzey xidmətinin yüksək səviyyədə təşkili məqsədilə görülən işlərin nəticəsi olaraq 2026-cı ilin avqust ayında muzey fondlarına 185 yeni eksponat daxil olub. 

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən muxtar respublika ərazisində AMEA Naxçıvan bölməsinin alim və tədqiqatçılar tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı tapılan 213 maddi-mədəniyyət nümunəsi də avqust ayı ərzində muzeylərə təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: