Babək Rayon Mədəniyyət Sarayında muğam konserti təşkil olunub

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Babək Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyası tərəfindən Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş muğam konserti keçirilib.

Muğam konsertində “Şur” təsnifi, Əlibaba Məmmədova məxsus olan “Söylə”, “Rast” və “Şur” təsnifləri, “Dilkeş” təsnifi, Qulu Əsgərovun “İlk eşqim” əsərləri ifa edilib.

Konsertdə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Xatirə Səfərovanın ifasında “Dilkeş” təsnifi, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Hünər Əliyevin ifasında “Zabul” təsnifi və xalq mahnıları səsləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: