NUHÇIXAN xəbər verir ki, sentyabrın 15-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən 26 uşaq musiqi və incəsənət məktəbində yeni tədris ilinə start verilib.
Bu tədris ilində 651 uşaq birinci sinif olmaqla, ümumilikdə 4455 şagird musiqi məktəblərində tədrisə başlayır.
Qeyd edək ki, musiqi təhsili müəssisələrində 963 müəllim tərəfindən 17 ixtisas üzrə tədris aparılacaq.
