Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 105,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib.
NUHÇIXAN Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48 dəfə çoxdur.
Təkcə avqustda isə ölkədə 27,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 91 dəfə çoxdur.
Bu il sentyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 5,3 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 3,6 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 6 % çoxdur.
