İsrailin Təl-Əviv şəhərində keçirilən “Eurovision 2019” mahnı müsabiqəsinin ilk 10 finalçısı müəyyənləşib.
NUHÇIXAN müsabiqənin saytına istinadla xəbər verir ki, 10 ölkə – Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çex Respublikası, Avstraliya, İslandiya, San-Marino və Sloveniya təmsilçiləri finala seçiliblər. Birinci yarımfinalda iştirak edən Monteneqro, Finlandiya, Polşa, Macarıstan, Belçika, Gürcüstan və Portuqaliya təmsilçiləri final mərhələsinə keçə bilməyiblər.
Xatırladaq ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev “Truth” mahnısı ilə mayın 16-da keçiriləcək ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxacaq. Müsabiqənin finalı mayın 18-də olacaq.