“Gənclik” instrumental ansamblı Sədərəkdə konsert verib

162

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Sədərək Rayon Mədəniyyət Sarayında Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının konserti olub.

Konsertdən əvvəl Naxçıvan Musiqi Kollecinin ümummilli lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə yaradıldığı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamlarına əsasən bu təhsil ocağının  30 və 40 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunduğu diqqətə çatdırılıb.

Bir saatdan çox davam edən konsertdə ansamblın ifasında şən musiqi kompozisiyaları, mahnılar və bəstəkar əsərləri səsləndirilib. Yeni bəstəkar mahnıları təqdim edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: