Kinoviktorina yekunlaşıb - FOTOLAR

160

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Milli filmlərimiz” adlı kinoviktorinanın final mərhələsi keçirilib.

Ötən ilin oktyabr ayından başlanan və aprel ayında başa çatan kinoviktarinanın seçim turlarına əsasən, 8 komanda yarımfinala vəsiqə qazanıb. Yarımfinal mərhələsində ən yüksən bal toplayan 4 komanda - Naxçıvan şəhər 15, Şərur şəhər 2, Sədərək rayonu Sədərək kənd 2 və Culfa rayonu Yaycı kənd 1 nömrəli tam orta məktəbin komandaları finalda yarışmaq hüququ qazanıblar.

Final mərhələsinin nəticələrinə əsasən, Şərur rayonu Şərur şəhər 2 nömrəli tam orta məktəbin komandası 1-ci , Culfa rayonu Yaycı kənd 1 nömrəli tam orta məktəbin komandası 2-ci,  Sədərək rayonu Sədərək kənd 2 nömrəli tam orta məktəbin komandası 3-cü yerə çıxıblar. Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin komandası isə Fəxri fərmanla təltif olunub. Sonda qaliblərə təşkilatçı müəssisələrin kubok, diplom və hədiyyələri təqdim edilib.

Qeyd edək ki, “Milli kinomuz” adlı kinoviktorina Naxçıvan Muxtar  Respublikası Gənclər Fondunun, Naxçıvan Dövlət  Film Fondunun və Naxçıvan  Muxtar Respublika rayon və şəhər təhsil şöbələrinin birgə təşkilatçılığı ilə keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: