Fuad Nağıyev: Turizm sektorunun ölkə iqtisadiyyatında payı 5,4 faizə çatıb

A- A A+

Azərbaycanda turizm sektoru uzunmüddətli investisiyalar üçün getdikcə daha cəlbedici sahəyə çevrilir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma” panel müzakirəsində deyib.

O bildirib ki, son illərdə turizm Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsində mühüm komponentə çevrilib.

“2025-ci ildə turizmlə bağlı fəaliyyət növləri üzrə əlavə dəyər təxminən 7 milyard manat təşkil edib. Turizm sektorunun ölkə iqtisadiyyatındakı payı isə təxminən 5,4 faizə çataraq pandemiyadan əvvəlki səviyyəni ötüb”,- deyə o qeyd edib.

Dövlət Turizm Agentliyinin sədri turizmin inkişafı üzrə 2026–2030-cu illər üçün yeni qəbul edilmiş dövlət proqramına da diqqət çəkib. O qeyd edib ki, proqram turizm siyasətində yeni mərhələni formalaşdırır və əsas prioritetlərdən biri turizm sahəsində daha cəlbedici və rəqabətqabiliyyətli investisiya mühitinin yaradılmasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: