Naxçıvan Dövlət Kukla Teatrının aktyorları beynəlxalq festivalda mükafata layiq görülüblər - FOTOLAR
Naxçıvan Dövlət Kukla Teatrının yaradıcı heyəti Türkiyənin Van şəhərində keçirilən III Beynəlxalq Monotamaşalar Festivalında uğurla təmsil olunub.
Teatrdan NUHÇIXAN-a bildirilib ki, festivalın yekununda “Ən yaxşı kişi aktyor” nominasiyasına Səyyad Məmmədov, “Ən yaxşı qadın aktrisa” nominasiyasına isə Əfqanə Ələsgərova layiq görülüb.
Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov festivalda P.Seyidlinin qələmə aldığı “Killerdən teleqram” monotamaşasını, teatrın əməkdaşı Əfqanə Ələsgərova isə müəllifi olduğu “Səssiz fəryad” monotamaşasını festival iştirakçılarına təqdim edib.
Bu nəticə Naxçıvan Dövlət Kukla Teatrının beynəlxalq səhnədəki yaradıcılıq fəaliyyətinin növbəti göstəricisidir.