Dövlət Kino-Foto Sənədləri Arxivində ulu öndər Heydər Əliyevin sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi illəri əks etdirən fotosənədlərin elektron versiyası hazırlanıb.
Bu barədə NUHÇIXAN-a Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov bildirib.
Onun sözlərinə görə, elektron versiyada Ulu Öndərin sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi illəri əks etdirən 1435 saxlama vahidi fotosənəd yer alır.
Fotosənədlərin mövzusunun əsasını memarlıq, şəhərsalma, sənayeləşmə, aqrar-sənaye kompleksləri, hərbi təhsil, metro tikintisi, elm-mədəniyyət xadimləri ilə görüş, xarici ölkələrdən gələn qonaqların qəbulu, dövlət mükafatlarının təqdim edilməsi, meşə və yaşıllıqların salınması təşkil edir.