“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
NUHÇIXAN xəbər verir ki, İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində keçirilən ikinci yarımfinalda təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxıb.
Təmsilçimizin ifası uğurlu alınıb və Çingiz Mustafayev finala vəsiqə qazanıb.
Müsabiqənin finalı isə mayın 18-də baş tutacaq.
Xatirladaq ki, 2012-ci ildə Azərbaycanın da uğurla ev sahibliyi etdiyi müsabiqə 64-cü dəfədir təşkil olunur.