Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının Şahbuz Rayon Mədəniyyət Sarayında konserti olub.
Konsert proqramı ansamblın ifasında görkəmli bəstəkarımız Tofiq Quliyevin “İncilər” melodiyası ilə başlayıb. Ədalət Hüseynov Ramiz Mirişlinin “Bir xumar baxışla”, İbrahim Topçubaşovun “Ah, nə şadam mən”, Emin Sabitoğlunun “Kəpənək”, Oqtay Rəcəbovun “Daha nə istəyirsən”, Müslüm Maqomayevin “Azərbaycan” mahnılarını ifa edib.
Konsertdə ansamblın ifasında instrumental musiqilər, təsnif və kino filmlərdən mahnılar da səsləndirilib. Konsert bir saatdan artıq davam edib.