Naxçıvanda təşkil olunan “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalında ilk dəfədir iştirak edirəm. Bu diyarın qədimliyi və gözəlliyi insanı heyran edir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının iştirakçısı, finlandiyalı rəssam Deyzi Strausa deyib.
Azərbaycanda yeni doğulan uşaqlara bəd nəzərdən qorunmaq üçün gözmuncuğu taxıldığını söyləyən Deyzi Strausa bildirib ki, buna görə də növbəti əl işində Qarabağ atını gözmuncuğu fonunda təsvir edib.